Veb sayt nədir? Veb sayt niyə yaradılır?

Veb sayt nədir? Veb sayt niyə yaradılır?

Veb sayt nədir sualına ən düzgün cavabı vermək istəyirik. Veb sayt nədir sualına verilə biləcək ən düzgün və qısa cavab: İnternet şəbəkəsində saxlanılan qrafik dizayn və veb proqramlaşdırma dilləri ilə funksiyalandırılmış bir tanıtım və paylaşım yoludur. Veb saytlar və ya digər adı ilə internet saytları onlayn dünyada yayımlandıqları ünvanlar (domain) vasitəsilə cihazlar tərəfindən çağrıla bilir, bu texnologiya tipi sayəsində eynən küçələrdəki mağazalar, reklam panoları kimi öz tanıtımını edib müştəriləri cəlb etmək mümkündür. Veb saytlar, serverlər üzərində yerləşir və domain ilə bu veb saytlara çatmaq mümkündür. İnternet brauzerləri ilə bu veb saytlar cihaz ekranında açılır və istifadəçi ilə qarşılıqlı təmas halında fəaliyyət göstərir.
Veb sayt nədir?
Veb sayt nədir?

Veb sayt mövzusunda daha detallı

Bir veb sayt sadəcə tək səhifədən ibarət ola biləcəyi kimi, iç-içə səhifələrdən ibarət də ola bilər. Bəzi veb saytlar yalnızca statik tərzdə olur və idarə etmək üçün hər dəfə kodlarda dəyişiklik etmək lazım gəlir, digər veb sayt tipi isə dinamik veb saytdır ki, bu veb sayt tipi daha funksional və idarə oluna bilən tərzdə olur. Proqramlaşdırma zamanı HTML, CSS, JS, Asp.Net, PHP və digər dillər qarışdırılaraq istifadə olunur və işlək vəziyyətə gətirilir. Veb sayt yaratma şirkətləri tərəfindən hazırlanan bu veb saytlar satış, tanıtım, öyrətmə, paylaşım, xəbər və sair məqsədlərə xidmət edə bilər. Bu məqsədlərdə hazırlanmış kontenti istifadəçilərə çatdırmaq üçün çox funksional və lazımlı bir metoddur.

Veb Sayt Tiplərinə Nümunələr

  1. Onlayn ticarət saytları
  2. Xəbər saytları
  3. Oyun saytları
  4. Tanıtım saytları
  5. Blog saytları
  6. Rəsmi şirkət saytları
  7. Şəxsi veb saytlar
  8. Paylaşım saytları
  9. Forum saytları
Veb sayt nədir mövzusunda ətraflı məlumat verməyə çalışdıq. Bir digər mövzuda görüşmək ümidi ilə.    
Xal vermək üçün klik edin!
[Ümumi: 8 Ortalama: 4.5]

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir