Haqqında

doodle-1

Mobil tətbiq görüntüləri

Sayt və mobil tətbiq haqqında:

Optimal Yolla

2017-ci ildə Optimal Qrup Məhdud Məsuliyyətli Cəmiyyəti Naxçıvan Muxtar Respublikasında fəaliyyətə başlamışdır. Yarandığı gündən “Mühasibatlıq, Audit və Vergi Xidmətləri” və “Akademiya” bölmələri ilə xidmət göstərən MMC, 2019-cu ildə öz fəaliyyət sahəsinə aq Sosial Media Marketing və Reklam bölməsini əlavə etmişdir. MMC öz fəaliyyətini 2020-ci ildə daha da genişləndirərək “Optimal Yolla” bölməsini sizlərə təqdim edir. Fəaliyyət istiqaməti Naxçıvanda və ölkə ərazisində Türkiyənin məşhur saytlarından (“N11”, “Hepsiburada”, “Gittigidiyor”, “Trendyol” və.s) seçilmiş əşyaların ən ucuz qiymətlərlə Naxçıvan şəhərinə gətirilməsindən ibarətdir. Əsas amalı dövlətin qanun və qaydaları çərçivəsində insanların rahatlığını təmin etmək, onların uzun məsafələr qət etmədən istədiyi əşyanın ünvanlarına çatdırılması prinsipinə əsaslanır. Optimal Yolla həm də insanların sosial şəbəkələrdə kor-təbii və pərakəndə şəkildə fəaliyyət göstərən kargo səhifələri tərəfindən zərər görməsinin qarşısını almaqdadır.

Sayt və mobil tətbiq komandamız tərəfindən 21 gün müddət ərzində hazırlanıb, təhfil verilmişdir. Mobil tətbiq həm android, həm də IOS platforması üçün hazırlanmışdır.

Xal vermək üçün klik edin!
[Ümumi: 1 Ortalama: 5]